Facebook istifadəçilərinin fotoşəkillərinin mühafizəsi gücləndiriləcək | 1news.az | Xəbərlər
Dünya

Facebook istifadəçilərinin fotoşəkillərinin mühafizəsi gücləndiriləcək

10:05 - 23 / 06 / 2017
Facebook istifadəçilərinin fotoşəkillərinin mühafizəsi gücləndiriləcək

Facebook sosial şəbəkəsi istifadəçilərin fotoşəkillərinin köçürülməməsi üçün yeni funksiyanı sınaqdan keçirir. Müvafiq layihə "Photo Guard" adlanır.

1news.az-ın kommersant.ru-ya istinadla verdiyi xəbərə görə, "Photo Guard" profil fotoşəklinin köçürülməsini 70 faiz azaldır.

Sosial şəbəkə istifadəçiləri funksiyanı aktivləşdirməklə digər istifadəçilərə öz profillərindən fotoşəkil yükləməyi, eləcə də orada dostları qeyd etməyi qadağan etmiş olacaqlar. "Photo Guard" funksiyası istifadəçi fotoşəkillərinin skrinşotlarının yaradılmasına mane olur. Mütəxəssislər qeyd edirlər ki, funksiya "Android" əməliyyat sisteminin idarəetməsi ilə çalışan əksər qurğularda işləyir.

Facebook-un sınaq "Photo Guard" funksiyası hazırda yalnız Hindistanda istifadəyə verilib, lakin gələcəkdə sosial şəbəkənin proqramın coğrafiyasını genişləndirəcəyi gözlənilir.

Qeyd edək ki, istifadəçilərin sosial şəbəkə səhifələrində yüklədikləri fotoşəkillərin qeyri-qanuni kopyalanması ciddi problemdir. Praktikadan məlum olur ki, onu həll etmək heç də asan deyil.

S.Xankişiyeva

Paylaş:
515

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər