Kosta-Rikanın XİN rəhbəri Bakıdadır | 1news.az | Xəbərlər
Siyasət

Kosta-Rikanın XİN rəhbəri Bakıdadır

10:34 - 23 / 06 / 2017
Kosta-Rikanın XİN rəhbəri Bakıdadır

Kosta-Rikanın xarici işlər naziri Manuel Qonsales Sans Azərbaycanda rəsmi səfərdədir.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, nazir səfəri çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüş keçirəcək.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı perspektivləri müzakirə olunacaq.

Xatırladaq ki, E.Məmmədyarov iyun ayının əvvəlində Kosta-Rikada səfərdə olmuşdu.

S.Xankişiyeva

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər