Gənc güləşçilərin Avropa çempionatı keçiriləcək – FOTO – HEYƏT | 1news.az | Xəbərlər
İdman

Gənc güləşçilərin Avropa çempionatı keçiriləcək – FOTO – HEYƏT

11:23 - 23 / 06 / 2017
Gənc güləşçilərin Avropa çempionatı keçiriləcək – FOTO – HEYƏT

27 iyun - 2 iyul tarixlərində Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. 

Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumaat görə, ilk iki yarış günündə gənc sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Saypulla Absadiov və məşqi Rövşən Hacıyevin rəhbərliyi altında çempionatda ölkəmizi Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Abubakr Abakarov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) təmsil edəcək.

Çempionatın 3 və 4-cü günlərində gənc qızlar arasında qaliblər müəyyənləşəcək. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında yığma komandanın 6 üzvü Dortmunda yollanacaq. Çempionatda ölkəmizi Zelfira Ələkbərli (44 kq), Türkan Nəsirova (48 kq), Tatyana Varantsova (51 kq), Leyla Qurbanova (55 kq), Ləman Qurbanova (59 kq) və Ceyla Nağızadə (63 kq) təmsil edəcək.  

Son yarış günlərində xalçaya yunan-Roma güləşçiləri çıxacaq. Böyük məşqçi İlqar Abdulov və məşqçi Zöhrab Abbasovun rəhbərlik etdiyi yığmanın heyətində Zülfüqar Əliyev (50 kq), Elşad Məmmədov (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Seyidməhəmməd Ömərov (96 kq) və Tehran Əminzadə (120 kq) Almaniyaya yollanacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Sədi Quliyev və İntiqam Alıyev təmsil edəcək. 

Yarışları aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/european-championships-1

Məlumat üçün bildirək ki, ötən il keçirilən Avropa çempionatında gənclərimiz ümumilikdə 5 qızıl, 2 gümüş, 5 bürünc medal qazanıb.

Babək Cahandarov

Paylaş:
888

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər