BMT-nin baş katibi Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin baş katibi Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

12:00 - 23 / 06 / 2017
BMT-nin baş katibi Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

BMT ATƏT-in Minsk qrupunun yaxın günlərdə Dağlıq Qarabağda təmas xəttində atəşkəsin pozulması ilə bağlı narahatlığını bölüşür.

“Cari ilin iyunun 19-da ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfərindən sonra yaydığı  bəyanatları diqqətə alırıq. Həmsədrlərin yaxın günlərdə təmas xəttində atəşkəsin pozulmasından  narahatlıqlarını bölüşürük”, - bu barədə BMT-nin baş katibi Antonio Quterreşin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Həmçinin BMT-də münaqişə tərəflərini vəziyyəti daha da gərginləşdirən istənilən addımlardan yayınmağa, eləcə də gərginliyin azalması üçün tədbirlər görülməsinə və danışıqların bərpasına çağırılıb.  

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri  10-19 iyun tarixlərində Cənubi Qafqaza səfər ediblər. Onlar Bakı, İrəvan, eləcə də Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda olublar.

ATƏT-in Minsk qrupu həmsədrləri yaydığı birgə bəyanatda Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə, danışıqları ədalətli və siyasi iradə əsasında, eləcə də gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıblar.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər