“Qarabağ”ın III mərhələdəki rəqibi məlum oldu | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın III mərhələdəki rəqibi məlum oldu

18:20 - 14 / 07 / 2017
“Qarabağ”ın III mərhələdəki rəqibi məlum oldu

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.

Belə ki, II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan Ağdam təmsilçisinin yer aldığı cütün rəqibi “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) ilə qarşılaşacaq.

İndiki rəqibini keçəcəyi təqdirdə Qurban Qurbanovun yetrimələri növbəti rəqiblə ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

“Slaviya” (Çexiya) - BATE (Belarus) - “Alaskert” (Ermənistan) cütünün qalibi

“Spartak” (Latviya) - “Astana” (Qazaxıstan) cütünün qalibi - “Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa) cütünün qalibi

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya) cütünün qalibi - “Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi - “Malmö” (İsveç) - “Vardar” (Makedoniya) cütünün qalibi

“Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya) cütünün qalibi - “Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi

“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) cütünün qalibi - “Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

 “Vitorul” (Rumıniya) - APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq) cütünün qalibi

“Hibernians” (Malta) - “Zalsburq” (Avstriya) cütünün qalibi - “Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan) cütünün qalibi - “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi

“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi - “Olimpiakos” (Yunanıstan)

Qeyri-çempionlar yolu

“Styaua” (Rumıniya) - “Viktoriya” (Çexiya)

“Nitsa” (Fransa) - “Ayaks” (Hollandiya)

“Dinamo” (Kiyev, Ukrayna) - “Yanq Boyz” (İsveçrə)

AEK (Yunanıstan) - MOİK (Rusiya)

“Brügge” (Belçika) - “Başakşehər” (Türkiyə)

Babək Cahandarov

Paylaş:
1486

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər