“Neft Daşları”nda yeni quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neft Daşları”nda yeni quyu istismara verilib

19:23 - 14 / 07 / 2017
“Neft Daşları”nda yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançadan 2690 nömrəli quyu qazmadan sonra istismara verilib.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1210-1205 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

1news.az

Paylaş:
1768

Son xəbərlər

Bütün xəbərlər