Elmira Süleymanova “Şərəf” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev E.T.Süleymanovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Elmira Teymur qızı Süleymanova “Şərəf” ordeni ilə təltif edilsin”.
1news.az
3221