“Qəbələ”, “İnter” və “Zirə”nin mümkün rəqibləri məlum olub | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ”, “İnter” və “Zirə”nin mümkün rəqibləri məlum olub

19:56 - 14 / 07 / 2017
“Qəbələ”, “İnter” və “Zirə”nin mümkün rəqibləri məlum olub

Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə təmsilçilərimiz “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibləri bəlli olub.

“Qəbələ” “Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə  Yunanıstanın “Panatinaikos” klubu ilə  qarşılaşacaq.

“İnter” ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi “Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

“Zirə” – “Astra” (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

1news.az

Paylaş:
1626

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər