“Samtredia”–“Qarabağ” oyununu idarə edəcək hakimlər məlum oldu
Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində iyulun 18-də Boris Payçadze adına stadionda keçiriləcək “Samtredia” (Gürcüstan)–“Qarabağ” (Ağdam) oyununun təyinatları açıqlanıb.
1news.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək.
Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharya olacaq.
Xatırladaq ki, komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.
Babək Cahandarov