Rusiya Ermənistanı seçim qarşısında qoydu: rus dilini rəsmiləşdirin | 1news.az | Xəbərlər
Dünya

Rusiya Ermənistanı seçim qarşısında qoydu: rus dilini rəsmiləşdirin

16:17 - 17 / 07 / 2017
Rusiya Ermənistanı seçim qarşısında qoydu: rus dilini rəsmiləşdirin

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya ərazisində ermənilərin sürücülük hüquqlarının tanınması üçün  Ermənistan hakimiyyətinə ölkənin qanunvericiliyində rus dilini rəsmiləşdirməyi təklif edib.

1news.az bu barədə TASS-a istinadla xəbər verir. Agentlik xatırladır ki,  2017-ci il iylun 14-də Rusiya ərazisində vətəndaşaların xarici hüquqlarla işləməyi qadağan edən müvafiq qanun qüvvəyə minib.

Ermənistan parlamentinin spikeri Ara Babloyanla görüşdə V.Volodin deyib: “Mən yalnızm bir söz deyə bilərəm, rus dilini rəsmiləşdirin, onda bu qanun Ermənistanı da əhatə edəcək".

Babloyanın sözlərinə görə, Dövlət Duması tərəfindən qəbul edilmiş qanuna əsasən rus dilini rəsmiləşdirən ölkələrin (Avrasiya İttifaqında Ermənistan istisna olmaqla digərləri) vətəndaşları milli qanunvericiliklə Rusiya ərazisində sürücü işləmək hüququ alıblar. Ermənistan vətəndaşları isə bundan  kənarda qalıblar.

Pərvanə Sultanova

Paylaş:
884

Son xəbərlər

Bütün xəbərlər