Məmmədyarov: Qarabağ nizamlanmasına dair xüsusi plan müzakirə olunmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov: Qarabağ nizamlanmasına dair xüsusi plan müzakirə olunmalıdır

17:13 - 17 / 07 / 2017
Məmmədyarov: Qarabağ nizamlanmasına dair xüsusi plan müzakirə olunmalıdır

Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair planın müzakirəsini  və onun həyata keçirilməsini təmin etmək lazımdır.

1news.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, iyulun 11-də Brüsseldə baş tutmuş  Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşdə dövlət başçıları səviyyəsində görüşün keçirilməsi təklifi səsləndirilib:

“Xarici işlər nazirləri bu təklifi müvafiq olaraq dövlət başçıları ilə razılaşdırmalıdırlar. Görüşlər münaqişənin həlli prosesində mühüm elementidir”.

Nazir əlavə edib ki, bu görüşlər görüş xatirinə keçirilməməlidir: “Əgər prezidentlər səviyyəsində görüş təşkil olunursa, münaqişənin nizamlanmasına dair planın müzakirəsini və həyata keçirilməsini təmin etmək lazımdır. Biz buna görə həmişə danışıqların substantiv xarakter almasının vacibliyini qeyd edirik”.

Pərvanə Sultanova

Paylaş:
879

Son xəbərlər

Bütün xəbərlər