Nərimanov rayonunda ilin birinci yarısının yekunları müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonunda ilin birinci yarısının yekunları müzakirə olunub – FOTO

18:25 - 17 / 07 / 2017
Nərimanov rayonunda ilin birinci yarısının yekunları müzakirə olunub – FOTO

İyulun 17-də Nərimanov rayonunda 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş rayon icra hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev iyulun 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını bildirib. O, Prezidentin qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı tapşırıq və göstərişlər verdiyini qeyd edib.

Hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verilib. İlin birinci yarısının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 421,6 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artım sürətinin əldə olunduğu bildirilib, istehlakçılara 1 milyard 417,2 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də hesabat dövrü ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 33,1 milyon manatlıq investisiyanın yatırıldığı vurğulanıb.

Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3810 yeni iş yerinin yaradıldığı bildirilib. Yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi əlavə edilib.

Bildirilib ki, ötən rüb ərzində rayon rəhbərliyi tərəfindən 1152 nəfər vətəndaşın iştirakı ilə keçirilmiş 13 səyyar görüş və qəbullar zamanı edilən 129 nəfərin müraciəti dinlənilib və müsbət həllini tapıb. Həmçinin “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 315 müraciətdə 187-nin tam həll olunduğu, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatların verildiyi qeyd olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Rahatlığın Məkanı – Qold” MMC-nin sədri, iş adamı Zəkəriyyə Cəriyev və 14 saylı Uşaq Poliklinikasının baş həkimi vəzifəsini icra edən Zemfira Mirzəyeva rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirib, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər.

Babək Cahandarov

Paylaş:
781

Son xəbərlər

Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19
Bütün xəbərlər