Klublarımızın Avropa Liqasındakı hakimləri açıqlandı | 1news.az | Xəbərlər
Futbol

Klublarımızın Avropa Liqasındakı hakimləri açıqlandı

18:43 - 17 / 07 / 2017
Klublarımızın Avropa Liqasındakı hakimləri açıqlandı

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına təyinatları açıqlanıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, iyulun 20-də meydana çıxacaq Azərbaycan klublarının qarşılaşmalarının da ədalət təmsilçiləri müəyyənləşib.

Öz meydanında “Astra”nı sınağa çəkəcək “Zirə”nin matçı Gürcüstan təmsilçilərinə tapşırılıb. Lüksemburqda “Fola” ilə görüşəcək “İnter”in oyununda isə litvalılar iş başında olacaq.  “Qəbələ”nin “Yagelloniya” ilə səfər görüşündə isə ədaləti rumıniyalılar qoruyacaq.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

21:00. “Zirə” (Azərbaycan) – “Astra” (Rumıniya)

Baş hakim: Giorgi Vadaçkoria

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili

Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 1:3

21:30. “Fola” (Lüksemburq) – “İnter” (Azərbaycan)

Baş hakim: Donatas Rumsas

Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Gerasimov (

Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

Eş. Emil Mayriş stadionu

İlk oyun – 0:1

22:30. “Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Konstantin Sebastyan Koltesku

Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika

Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Belostok. Şəhər stadionu

İlk oyun – 1:1

1news.az

Paylaş:
863

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər