Mübariz Qurbanlı Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin yepiskopu ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin yepiskopu ilə görüşüb

19:46 - 17 / 07 / 2017
Mübariz Qurbanlı Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin yepiskopu ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 17-də  Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin yepiskopu Hans Yoakim Kiderlen ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə yaranan multikultural mühit barədə söz açıb.

Azərbaycanın tolerant ölkə olduğunu, milli-mənəvi və dini dəyərlərə böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirən Mübariz Qurbanlı ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş vermədiyini, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

Hans Yoakim Kiderlen bu gün dünya ölkələrində dini-etnik millətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etməsinin hamıya örnək olduğunu bildirib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.  

Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Səyavuş Heydərov, Almaniyanın Azərbaycandakı səfirinin birinci katibi Paul Amann və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova da iştirak edib.

1news.az

Paylaş:
654

Son xəbərlər

Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01
Bütün xəbərlər