Azərbaycan Rusiyadan qaz alışını bərpa edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Rusiyadan qaz alışını bərpa edib

17:10 - 22 / 11 / 2017
Azərbaycan Rusiyadan qaz alışını bərpa edib

SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.

Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq. 

Xatırladaq ki, bu ilin iyul ayında Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın “Qazprom” şirkətinin  rəhbəri Aleksey Miller arasında görüş keçirilib. Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.

Qeyd edək ki, “Qazprom” 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, “Şahdəniz” yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb.

S.Xankişiyeva

 

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər