“Google Play” proqramlar mağazasında virus aşkarlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Google Play” proqramlar mağazasında virus aşkarlanıb

12:20 - 22 / 11 / 2017
“Google Play” proqramlar mağazasında virus aşkarlanıb

Hakerlər troyanları “Google Play” proqramlar mağazasının mühafizə sistemindən gizlətmək mexanizmi hazırlayıblar. Zərərverici kod adi proqramlara tətbiq olunur. Fon rejimində məxfi işləyən virus şifrləmə və çoxpilləli sxem sayəsində gizlədilir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, cihaza quraşdırıldıqdan sonra zərərverici proqram öncədən təyin edilmiş funksiyaları yerinə yetirir və əlavə inzibatçılıq hüquqlarını sorğulamır. Bu zaman virus maskalanır, ona görə istifadəçi şübhəli heç nə hiss etmir.

Bundan sonra virus hakerlər tərəfindən təyin edilmiş ünvan üzrə başqa proqramı yükləyir. Yeganə çətinlik odur ki, istifadəçi yeni zərərverici proqramın quraşdırılmasına icazə verməlidir. Yeni zərərverici proqram “Adobe Flash Player” və ya “Android Update” proqramları kimi maskalanır.

“Google Play”dan yoluxmuş proqram öz-özlüyündə heç nə edə bilməz. Bunun üçün istifadəçi əlavə mobil tətbiqin quraşdırılmasına icazə verməməlidir. Buna görə diqqətli olmaq lazımdır.

“Google Play”da artıq 8 belə zərərverici proqram aşkar edilib və “Eset” antivirus şirkətinin xəbərdarlığından sonra dərhal silinib.

1news.az

Paylaş:
733

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər