Biləsuvarda pambıq istehsalçılarına və emalçılarına güzəştli kreditlər verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Biləsuvarda pambıq istehsalçılarına və emalçılarına güzəştli kreditlər verilib

21:37 - 23 / 11 / 2017
Biləsuvarda pambıq istehsalçılarına və emalçılarına güzəştli kreditlər verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumu noyabrın 23-də Biləsuvar rayonunun Aşagı Cürəli kəndində keçirib.

İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların 13400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 544,4 milyon manat güzəştli kredit verilib.

Qeyd edilib ki, dövlət başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına diqqət daha da artırılıb. 2017-ci ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı ilə bağlı 195 sahibkara 9,8 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 965 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, pambıqçılıq, istixana kompleksinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyədək Biləsuvar rayonundan olan 737 sahibkara 33 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Biləsuvarda dövlətin güzəştli krediti ayrılan pambıqçılıq təsərrüfatına və pambıq emalı müəssisəsinə baxış keçirilib.

1news.az

Paylaş:
608

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər