Sarıbaş və Xınalıqda qarın hündürlüyü 22 santimetrə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sarıbaş və Xınalıqda qarın hündürlüyü 22 santimetrə çatıb

10:47 - 23 / 11 / 2017
Sarıbaş və Xınalıqda qarın hündürlüyü 22 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr 22-si gündüzdən ayın 23-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında və bəzi  rayonlarda arabir  güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Zabrat, Binə, Montində 1, Lənkəran-Astara zonasında 1-42, Böyük Qafqazda 2-25, Kiçik Qafqazda 6-9, Mərkəzi-Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4, Qazax-Gəncə zonasında 1-3 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaş, Xınalıqda 22, Şahdağda 21, Qusarda 6, Gədəbəydə 5, Başdaşağıl və Altıağacda 4, Daşkəsən və Kişçayda  (Şəki) 2, Qubada 1 sm təşkil edib.

1news.az

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər