“Milan”a yeni baş məşqçi təyin olunub | 1news.az | Xəbərlər
Futbol

“Milan”a yeni baş məşqçi təyin olunub

15:26 - 27 / 11 / 2017
“Milan”a yeni baş məşqçi təyin olunub

“Milan”da gözlənilən istefa reallaşıb.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, “rossonyerlər” Vinçentso Montella ilə yollarını ayırıblar.

Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. İtaliya klubunda Montellanı kimin əvəzləyəcəyi də bəllidi. Rəhbərlik bu posta komandanın sabiq futbolçusu, aşağı yaş qrupunda məşqçi kimi fəaliyyət göstərən Cennaro Qattuzonu gətirib.

Qeyd edək ki, “Milan” A seriyasında 14 turdan sonra 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

1news.az

Paylaş:
851

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər