Azay Quliyev Vyanada “ATƏT-in demokratik seçki standartları və vəzifələri” haqqında məruzə ilə çıxış edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azay Quliyev Vyanada “ATƏT-in demokratik seçki standartları və vəzifələri” haqqında məruzə ilə çıxış edəcək

16:45 - 27 / 11 / 2017
Azay Quliyev Vyanada “ATƏT-in demokratik seçki standartları və vəzifələri” haqqında məruzə ilə çıxış edəcək

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvətilə 27-29 noyabr 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Bu haqda 1news.az-a Milli Məclisin mətbuat xidməti məlumat verilib.

Səfərin məqsədi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Hofburqda təşkil etdiyi “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda seminarda iştirak etməkdir. 

Quruma üzv olan 57 ölkənin nümayəndə heyəti, parlament assambleyalarının təmsilçiləri, seçki ekspertləri, seçki idarəetmə orqanlarının və komissiyalarının üzvləri, beynəlxalq təşkilatlar, seçki monitorinqini həyata keçirən QHT-lərin iştirak etdiyi tədbirdə seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqlar, müasir texnologiyalardan istifadə etməklə seçki prosesini təkmilləşdirmək və digər məsələlər müzakirə ediləcəkdir.  ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seminarda “Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları” haqqında məruzə ilə çıxış edəcək, ATƏT-in seçki müşahidə missiyası ilə bağlı təcrübəsini bölüşəcək və iştirakçıların suallarını cavablandıracaqdır.

Qeyd edək ki, Azay Quliyev 12 ölkədə ATƏT PA-nın seçki müşahidə qrupunun üzvü, Monteneqro və Makedoniyada ATƏT PA-nın Seçki müşahidə missiyasının rəhbəri, Qırğızıstanda isə Beynəlxalq Seçki Müşahidə korpusunun rəhbəri və ATƏT-in xüsusi koordinatoru olub.

S.Xankişiyeva

 

 

Paylaş:
553

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər