Beyons məşhur futbolçudan 1,5 milyon funt-sterlinq istəyib | 1news.az | Xəbərlər
Futbol

Beyons məşhur futbolçudan 1,5 milyon funt-sterlinq istəyib

18:16 - 27 / 11 / 2017
Beyons məşhur futbolçudan 1,5 milyon funt-sterlinq istəyib

İspaniyanın “Real” klubunun futbolçusu Qaret Beyl ailə həyatı qurmağa hazırlaşır.

1news.az-ın məlumatına görə, uelsli hücumçu uzun müddətdi birlikdə olduğu Emma Ris-Consla münasibətlərini rəsmiləşdirməyə qərar verib.

Cütlük iki dəfə toy edəcək. Mərasimin biri İtaliyada, digəri isə Uelsdə baş tutacaq.

Beyl İtaliyada baş tutacaq toy mərasiminə məşhur pop müğənnisi Beyonsu dəvət edib. 36 yaşlı müğənni isə toyda oxumaq üçün ulduz futbolçudan 1,5 milyon funt-sterlinq istəyib.

Qeyd edək ki, Emma ilə Qaret yeniyetməlik illərində tanış olublar. Cütlüyün iki qızı var.

1news.az

Paylaş:
1175

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər