Şərif Şərifova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Şərif Şərifova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

18:21 - 27 / 11 / 2017
Şərif Şərifova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Ş.H.Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Gəncə şəhərinin sosial-mədəni həyatında fəal iştirakına görə Şərif Hacı oğlu Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər