Ermənistanın qeyri-humanistliyi nəticəsində Dilqəm Əsgərovla Şahbaz Quliyevi azad etmək mümkün olmayıb
Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub və bu iş davam etdirilir.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
E.Səmədovun sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına nail olunmayıb: "Ümid edirəm ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu məsələnin öhdəsindən gələ biləcəyik".
1news.az
581