Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub – FOTO

14:08 - 28 / 11 / 2017
Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub – FOTO

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dövrünü yaşayır. Orduda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Hərbi hissələrin əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir.

Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Ən əsası isə həmin təlimlərdə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı istənilən vaxt qaytarmaq əzmində olduğunu nümayiş etdirib.

Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda bu hərbi hissənin şəxsi heyəti də yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hərbi hissəyə 2004-cü ildə Ali Baş Komandan tərəfindən döyüş bayrağı təqdim edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissədə yaradılan şəraitlə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.

Müdafiə naziri Zakir Həsənov cəbhədəki əməliyyat şəraiti barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə ətraflı məlumat verdi.

Bu hərbi hissənin timsalında biz ordumuzda yaradılan yüksək şəraitin şahidi oluruq və bu şərait də öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin hər zaman öz döyüşkən ruhunu qorumasına imkan verir. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də göstərdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Bu döyüş Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşünün ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Ümumiyyətlə, aprel döyüşləri münaqişənin həlli dövründə dönüş məqamı idi. Bütün Azərbaycan cəmiyyətində ruh yüksəkliyinə səbəb olan bu hadisələr bir daha göstərdi ki, xalqımız torpaqlarımızın itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq.

Bu hadisələr bir daha təsdiqlədi ki, Azərbaycanın danışıqlar masasında mövqeyi hər zaman prinsipiallığa əsaslanıb və bu, belə də davam edəcək. Bu prinsipiallıq isə həm də Azərbaycan Ordusunun güclənməsindən keçir. Artıq neçə illərdir ki, bununla bağlı həyata keçirilən islahatlar öz bəhrəsini verir, Silahlı Qüvvələrin döyüş qabiliyyəti gücləndirilir, Ordumuzda vətənpərvərlik ruhu bu gün ən yüksək səviyyədədir. Bununla da millətimizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın silahlı qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.

S.Xankişiyeva

 

Paylaş:
687

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər