Doroxin: Doqquz il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim | 1news.az | Xəbərlər
Siyasət

Doroxin: Doqquz il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim

14:22 - 28 / 11 / 2017
Doroxin: Doqquz il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim

Mən doqquz il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim – Azərbaycanla münasibətləri hərtərəfli möhkəmləndirmək.

1news.az  xəbər verir ki,  bu barədə ötən gün Rusiyanın Azərbaycanda səlahiyyət müddətini başa vurmuş səfiri Vladimir Doroxinin səfirliyin saytında dərc edilmiş müraciətində deyilir.

Keçmiş səfir vurğulayıb ki, bu təlimatı yerinə yetirmək çətin olmayıb: “Azərbaycan da Rusiya ilə eyni məqsəd üçün çalışırdı – ikitərəfli münasibətlərin möhkəmlənməsi”.

V.Doroxin Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə səfirliyin işinə göstərilən diqqətə görə azərbaycanlılara minnətdarlığını bildirib:

“Biz bir-birimizi daha yaxşı başa düşməyi, münasibətlərimizdə olan ən yaxşı şeylərə qiymət verməyi öyrəndik. Rusiya-Azərbaycan münasibətlərinin səmimi xarakterini milyonlarla insan öz üzərində hiss edib”.

Diplomat vurğulayıb ki, bəzi məsələlərdə müxtəlif siyasi maraqlar mövcud olsa da, ölkələr arasında yaxşı münasibətlər olub:

“İnanmaq istəyirəm ki, toplanan təcrübə gələcəkdə də hər iki ölkənin maraqları çərçivəsində istifadə olunacaq”.

1news.az  

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər