Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir yük qatarı yola salınıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir yük qatarı yola salınıb - FOTO

14:50 - 28 / 11 / 2017
Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir yük qatarı yola salınıb - FOTO

Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir yük qatarı yola salınıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyənin Mersin limanına yola salınan ilk yük qatarı artıq həmin yolla geri göndərilib.

Türkiyənin Mersin limanında həmin blok qatar yüklənərək, Qazaxıstana yola salınıb. Bununla bağlı Mersində keçirilən tədbirdə Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt, Mersin Şəhərinin valisi, “ADY Express” və “KTZ Express” şirkətlərinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, həmin yük qatarı Qazaxıstandan yola düşmüş və oktyabrın 30-da Ələt Limanında Bakı-Tbilisi-Qars dəmir yolu ilə Mersinə yola salınmışdı.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ikinci yük qatarı noyabrın 27-dən Qazaxıstandan yola düşüb.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Dəmir yolu xəttinin ümumi uzunluğu 846 kilometr təşkil edir ki, bunun da 504 kilometr Azərbaycan, 263 kilometr Gürcüstanın və 79 kilometr Türkiyənin payına düşür.

S.Xankişiyeva

Paylaş:
630

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər