Efiopiya Azərbaycana fəxri konsul təyin edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Efiopiya Azərbaycana fəxri konsul təyin edib – FOTO

15:31 - 28 / 11 / 2017
Efiopiya Azərbaycana fəxri konsul təyin edib – FOTO

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunmuş fəxri konsulu Ələkbərov Ceyhun Vəkil oğlunu qəbul edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüş əsnasında Ceyhun Ələkbərov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini səfir Pərvin Mirzəzadəyə təqdim edib.

Ceyhun Ələkbərov fəxri konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Səfir Pərvin Mirzəzadə xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin 8-10 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olduğunu və bu ölkənin rəsmi dairələri ilə məhsuldar görüşlər keçirdiyini xatırladaraq iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə fəxri konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzu edib.

1news.az

Paylaş:
779

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər