Azercell-in yeni konsepsiya – tam xidmət mağazası indi Qubada - FOTO  | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in yeni konsepsiya – tam xidmət mağazası indi Qubada - FOTO 

17:30 - 28 / 11 / 2017
Azercell-in yeni konsepsiya – tam xidmət mağazası indi Qubada - FOTO 

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun magazalarının sayını artırmaqda davam edir.

Regionlarda da yeni tipli eksklüziv mağazaların sayını genişləndirməyi planlaşdıran Azercell 27 noyabr tarixində Quba şəhərində yeni konsepsiyaya uyğun eksklüziv mağazasının açılışını edib. Quba şəhəri, Heydər Əliyev p-ti. 196 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər.

Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Qubada fəaliyyət göstərəcək bu mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 20:00-a qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki, açılış günündən etibarən 3 gün müddətində Quba Azercell eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.

Azercell Telekom yaxın aylarda yeni konsepsiyalı eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib.

Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Reklam hüququnda

 

Paylaş:
888

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər