Bakı İstintaq Təcridxanasının rəisi dəyişdi
Bakı İstintaq Təcridxanasının rəisi işdən çıxarılıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub.
Bu vəzifəyə 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.
Rəşid Səfərovun yeni vəzifəsi də məlum olub. Belə ki, o Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
1news.az
1859