“Qarabağ” və “Neftçi” 1/4 finalda - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” və “Neftçi” 1/4 finalda - VİDEO

20:48 - 28 / 11 / 2017
“Qarabağ” və “Neftçi” 1/4 finalda - VİDEO

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.

1news.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

İlk olaraq “Qarabağ” I divizionun lideri “Qaradağ Lökbatan”la üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda 1/4 finalda “Sumqayıt” – “Sabah” cütünün qalibi ilə qarşılaşacaq.

Günün digər  görüşündə “Neftçi” aşağı liqanın autsayderi “Zaqatala” ilə görüşüb. Matç “ağ-qaralar”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi” 1/4 finalda “Zirə” – “Xəzər” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finala sabah baş tutacaq 6 matçla yekun vurulacaq.

Azərbaycan kuboku

1/8 final

28 noyabr (çərşənbə axşamı)

“Neftçi” – “Zaqatala” - 5:0

Qollar: Daniel Seqovia, 8, 35, 54; Uqo Barqas, 50; Emin Mahmudov, 59

“Qarabağ” – “Qaradağ Lökbatan” - 2:0

Qollar: Əfran İsmayılov, 57; Pedro Enrike, 81

1news.az

Paylaş:
655

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər