Mövlud Çavuşoğlunun Bakıya səfər proqramı açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Mövlud Çavuşoğlunun Bakıya səfər proqramı açıqlanıb

11:57 - 28 / 11 / 2017
Mövlud Çavuşoğlunun Bakıya səfər proqramı açıqlanıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  noyabrın 30-da keçirilədək Azərbaycan-Türkiyə- Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Bakıya səfər edəcək.

1news.az Türkiyə XİN-ə istinadla xəbər verir ki, nazir həmçinin, dekabrın 1-də də təşkil ediləcək  Əfqanıstana dair Asiyanın Ürəyi - İstanbul Prosesi nazirlərinin 7-ci konfransına qatılacaq.

“Türkiyə-Azərbaycan- Pakistan XİN rəhbərləri arasında ilk dəfə keçiriləcək üçtərəfli görüşdə dost və qardaş ölkələr arasındakı əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi imkanları müzakirə olunacaq, həmçinin, regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Çavuşoğlunun Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi də nəzərdə tutulur”, deyə Türkiyə XİN-in açıqlamasında vurğulanıb.

Qeyd edilib ki, Əfqanıstana dair toplantıda 14 bölgə dövlətinin, həmçinin regional və beynəlxalq təşkilatların nümayəndələrinin qatılması gözlənilir. M.Çavuşoğlunun konfransda ​​Asiyanın Ürəyi ölkələrinin xarici işlər nazirləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.

P.Sultanova

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər