ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib

12:52 - 28 / 11 / 2017
ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib

ATƏT-in bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Joviç və Martin Şuster keçiriblər.

Babək Cahandarov

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər