AFFA “Qarabağ”ı cərimələdi | 1news.az | Xəbərlər
Futbol

AFFA “Qarabağ”ı cərimələdi

16:15 - 29 / 11 / 2017
AFFA “Qarabağ”ı cərimələdi

AFFA “Qarabağ”ı cərimələyib.

1news.az-ın AFFA-ya istinadla verdiyi xəbərə görə, qurumun İntizam Komitəsinin bu gün keçirilən iclasında Ağdam təmsilçisinin 800 manat cərimə olunması barədə qərar qəbul edilib.

Buna səbəb noyabrın 26-da Premyer Liqanın XIII turunun “Zirə” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması olub.

S.Xankişiyeva

 

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər