Nazir: Kosta Rika BMT TŞ-nın qətnamələrinə hörmətlə yanaşır | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Kosta Rika BMT TŞ-nın qətnamələrinə hörmətlə yanaşır

17:10 - 29 / 11 / 2017
Nazir: Kosta Rika BMT TŞ-nın qətnamələrinə hörmətlə yanaşır

"Kosta Rika dünyanın istənilən nöqtəsində münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir".

1news.az xəbər verir ki, APA-ya istinadla xəbər verir ki, bunu Bakıda Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimində jurnalsitlərə açıqlamasında bu ölkənin xarici işlər və etiqad naziri Manuel Qonsales Sans deyib.

"Bizim ordumuz yoxdur. Biz beynəlxalq hüquqa inanırıq. Kosta Rika BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrə hörmətlə yanaşır. Biz sülh olan dünya istəyirik. Ümid edirik ki, münaqişələr dialoq və ölkələrin iştirakı ilə tezliklə həll olacaq"  -deyə o bildirib.

1news.az

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər