Xəstə yanında bir gecə qalmağın ödənişli olması geniş müzakirələrə səbəb olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəstə yanında bir gecə qalmağın ödənişli olması geniş müzakirələrə səbəb olub – FOTO

17:23 - 29 / 11 / 2017
Xəstə yanında bir gecə qalmağın ödənişli olması geniş müzakirələrə səbəb olub – FOTO

Bakı klinikalarından birində xəstə yaxınlarının onun yanında bir gecə qalması üçün pul tələb edirlər.

Bu haqda Elşən Məhərrəm Facebook sosial şəbəkəsindəki hesabıında Premium klinikasındakı elanın fotolarını paylaşıb:

“Dünən əməliyyatdan çıxmış xəstənin yanına getdim. Klinikada əməlli başlı al-ver gedir. Sadəcə bir məqamı qeyd etmək istərdim: xəstə yaxınlarının onun yanında bir gecə qalması üçün ödəniş etməlidirlər”.

Elanda beləcə də yazılıb: xəstənin yanında qalmaq üçün ödəniş etmək lazımdır.

Bundan əlavə qeyd edilir ki, 10 yaşlı uşaqların qalması pulsuz, 11-13 yaşlı uşaqlar üçün qeyd edilmiş qiymətlərin 50%-ni ödəmək lazımdır.

Bu məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

1news.az-ın verdiyi xəbərə görə, Elşən Məhərrəm elanı görən kimi klinikanın baş həkimi ilə əlaqə qurmağa çalışıb, lakin heç kəsi görməyib.

“Məlumatın hər kəsə çatdırılmasını istəyirəm: çünki bu xidmətlər pulsuzdur”.

1news.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dövlət müəssisələrində xəstələr pulsuz müalicə olunur. Səyyar xidmət alan xəstələr üçün müəyyən saatlar nəzərdə tutulub.        

“Özəl klinikalar gəldikdə isə, həmin müəssiəsələr qanunvericilik çərçivəsində xəstələr üçün nəzərdə tutulmuş xidmətləri özləri təyin edir”.

Klinikanın rəhbəri Mübariz Nağıyev 1news.az-a açıqlamasında bildirib ki, klinikanın palatalarında bu cür elanların asıldığını bildirib:

“Biz qanundan kənar heç bir şey etmirik, özəl klinika olduğumuz üçün hər şeyi qanun çərçivəsində həll edirik”.

Onun sözlərinə görə, qiymətlər 30 manat təyin edilib:

“Bu bir gecəlik çarpayılar üçün çox da böyük məbləğ deyil. Digər klinikalar da xəstə yanında bir gecə qalmaq üçün ödəniş tələb edirlər”.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1617

Son xəbərlər

Bütün xəbərlər