Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb

17:30 - 29 / 11 / 2017
Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb

Türkiyə Ermənistanla sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, sərhəddə yerləşən Ağrı əyalətinin Doğubayazıt rayonunun Tendürək dağı ətəklərində keçirilən əməliyyata bombardumançı helikopterlər, ağır texnika və xüsusi təyinatlılar cəlb edilib.

Əməliyyat zamanı terrorçu PKK qruplaşmasına aid mağara və yeraltı sığınacaqlar bombalanıb. Bölgədə terrorçuların aşkarlanıb məhv edilməsi tədbirləri davam edir.

Ağrı əyaləti Jandarm Komandalığından bildirilib ki, əməliyyat qış mövsümü ərzində Ağrı və Tendürek dağları başda olmaqla bütün bölgədə fasiləsiz olaraq, aparılacaq.

Qeyd edək ki, bir müddət əvvəl terrorçu PKK qruplaşması silahlılarının Ağrı əyaləti ərazisindən Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə keçdikləri haqda məlumat yayılmışdı.

S.Xankişiyeva

 

 

Paylaş:
711

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər