Həmsədrlər Ankarada Çavuşoğlu ilə görüşüb
ATƏT-in Minsk qrupunun üzvləri Türkiyəyə səfər ediblər.
1news.az xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
O qeyd edib: “Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşdüm. Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd etdim".
Xatırladaq ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür və həmsədrlər bundan əvvəl də bir sıra digər üzv ölkələrə səfər ediblər.
P.Sultanova
673