QDİƏT Parlament Məclisində üzv ölkələrin ərazi bütövlüyünün bərpasına dair bəyannamə qəbul edilib | 1news.az | Xəbərlər
Siyasət

QDİƏT Parlament Məclisində üzv ölkələrin ərazi bütövlüyünün bərpasına dair bəyannamə qəbul edilib

16:25 - 29 / 11 / 2017
QDİƏT Parlament Məclisində üzv ölkələrin ərazi bütövlüyünün bərpasına dair bəyannamə qəbul edilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Kiyev şəhərində keçirilən 50-ci sessiyasında bəyannamə qəbul olunub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bənd öz əksini tapıb. Bu, Ermənistanın QDİƏT-in sessiyasında iştirak edən nümayəndə heyətinin etirazına səbəb olub.

Ona görə də bəyannamə səsə qoyulan zaman Ermənistan nümayəndə heyəti iclas zalını tərk edib.

Xatırladaq ki, sessiyada Azərbaycan Milli Məclisinin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov sessiyada iştirak edirlər.

1news.az

Paylaş:
902

Son xəbərlər

Bütün xəbərlər