Avtomobildə gizlədilən 70 ədəd mobil telefon aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildə gizlədilən 70 ədəd mobil telefon aşkar edildi

17:55 - 29 / 11 / 2017
Avtomobildə gizlədilən 70 ədəd mobil telefon aşkar edildi

Xeyli miqdarda mobil telefonun qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol “qanadlarda” gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər