Azərbaycan kubokunda 1/4 finalçılar müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan kubokunda 1/4 finalçılar müəyyənləşib

19:10 - 29 / 11 / 2017
Azərbaycan kubokunda 1/4 finalçılar müəyyənləşib

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

1news.az-ın xəbərinə görə, ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.

Səfərdə “Şüvəlan”la qarşılaşan “Səbail” 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

“Keşlə” MOİK-lə səfər oyununda 3 cavabsız qolla mərhələ adlayıb. “Kəpəz” “Binə” ilə görüşdə 3 qolla 1/4 finala vəsiqəni təmin edib.

Digər oyunda “Qəbələ” evdə “Mil-Muğan”ı qəbul edib. Roman Qriqorçukun komamdası 8 cavabsız qolla növbəti mərhələyə yüksəlib.

“Sumqayıt” “Sabah”a, “Zirə” isə “Xəzər”ə 3:0 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.

Azərbaycan kuboku

1/8 final

29 noyabr (çərşənbə)

“Zirə” – “Xəzər” - 3:0

Qollar: Vüsal İsgəndərli, 58, 83, Orxan Əliyev, 80

 

“Sumqayıt” – “Sabah” - 3:0

Qollar: Kamal Mirzəyev, 49, Amil Yunanov, 68, 73

 

“Şüvəlan” – “Səbail” - 1:2

Qollar: Elvin Həsənəliyev, 10 - Aslan Hüseynov, 60, Ayron Stati, 78

 

MOİK – “Keşlə” - 0:3

Qollar: Adrian Skarlatake, 41, Mirsahib Abbasov, 65, Rafael Məhərrəmli, 80

 

“Kəpəz” – “Binə” - 3:0

Qollar: İlyas Səfərzadə, 65, 71, Şəhriyar Rəhimov, 82

 

“Qəbələ” – “Mil-Muğan” - 8:0

Qollar: Cavid Hüseynov, 30-pen., Ruslan Qurbanov, 42, Filip Ozobiç, 45+1, 58, 85, Ülvi İsgəndərov, 52, Ekiqo Ehiosun, 73, Hacıağa Hacıyev, 84

 

1news.az

Paylaş:
652

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər