Avtomobilin hərəkətdə olan təkərlərində pirotexniki məmulatlar aşkar edildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobilin hərəkətdə olan təkərlərində pirotexniki məmulatlar aşkar edildi - VİDEO

20:23 - 29 / 11 / 2017
Avtomobilin hərəkətdə olan təkərlərində pirotexniki məmulatlar aşkar edildi - VİDEO

Yeni il bayramı yaxınlaşdıqca bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malları gətirməyə cəhd göstərirlər.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, kütləvi informasiya vasitələrində aparılan davamlı məlumatlandırma işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bir sıra şəxslər pirotexniki məmulatı təhlükəli üsullarla gömrük nəzarətindən gizlətməyə çalışırlar.

Xəbər verdiyimiz kimi, artıq işbazlar ağlasığmaz yollara əl atır, sözügedən təhlükəli malları avtomobillərin hətta hərəkətdə olan təkərlərindəki şinlərin içərisində gizlətməklə ölkənin gömrük ərazisinə gətirməyə cəhd edirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı qətiyyətlə alınır. Son günlər həyata keçirilən əməliyyat tədbirləri və gömrük yoxlamaları zamanı bir neçə belə fakt aşkar edilib.

Daha bir oxşar fakt Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda qeydə alınıb. Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı minik avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin təkərlərinə reaksiya verdiyi üçün avtomobil əsaslı şəkildə yoxlanılıb. Nəticədə, avtomobilin təkərlərinin içərisində 80 ədəd "Big cracker" və 18 ədəd "Draggon eggs cracker" markalı pirotexniki vasitələr aşkarlanıb.

Xatırladaq ki, aşkar edilən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan vura bilir. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.

Dövlət Gömrük Komitəsi bir daha nəzərə çatdırır ki, belə hallara yol verən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

1news.az

Paylaş:
599

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər