İranın xarici işlər naziri Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

21:00 - 29 / 11 / 2017
İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

B.Qasimi deyib ki,  M.C.Zərif noyabrın 30-da İtaliyada keçiriləcək Aralıq Dənizi Konfransına qatılmaq üçün Romaya səfər edəcək. “Bu konfransda  müştərək təhlükəsizlik,  mühacirət, mədəniyyət və  vətəndaş cəmiyyəti sahələrində müzakirələr aparılacaq.  M.C.Zərif italiyalı həmkarının dəvəti ilə bu konfransa qatılıb və orada çıxış edəcək”.

İran XİN sözçüsü qeyd edib ki, daha sonra M.C.Zərif cümə günü İtaliyadan Bakıya  səfər edəcək. “XİN başçısı Bakıda keçiriləcək Bakıda “Asiyanın ürəyi-İstanbul prosesi” konfransına qatılacaq. Konfrans Əfqanıstan ətrafında baş verən proseslər, regionda  sülh və sabitliyi gücləndirmək məqsədi ilə regional əməkdaşlığın artırılması məqsədi ilə keçirilir”.

1news.az

Paylaş:
637

Son xəbərlər

Bütün xəbərlər