Türkan qəsəbə Mədəniyyət Evinə Ağaxan Abdullayevin adı verilib
Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə Ağaxan Abdullayevin adı verilib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda müvafiq dəyişiklik edib.
Qərara əsasən Mədəniyyət və Turizm Nazirliyinin təklifinə əsasən Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə görkəmli muğam ustası, Xalq artisti Ağaxan Abdullayevin adı verilib.
S.Xankişiyeva
526