Şimali Koreya qitələrarası ballistik raketi sınaqdan keçirib
Şimali Koreya “Hwasong-15” qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, Şimali Koreya tərəfi yeni raketin ABŞ-da istənilən nöqtəni vura biləcəyini açıqlayıb.
“Hwasong-15” güclü qitələrarası ballistik raketdir və ən son növ nüvə başlığı ilə təchiz oluna bilir. Ölkə lideri Kim Çen İn bu addımı Şimali Koreyanın nüvə-raket silahının əldə olunması prosesində tarixi məqam kimi qiymətləndirib.
Xatırladaq ki, bu gecə yerli vaxtla saat 3:18-də Pxenan-Namdo əyalətindən şərq istiqamətində buraxılan raket 4500 metr yüksəklikdə təxminən 960 kilometr məsafə qət edib.
Raketin uçuşu 53 dəqiqə davam edib və Yaponiyanın Aomori prefekturundan 250 kilometr uzaqlıqdakı xüsusi iqtisadi zonaya düşüb.
Pxenyan dövlət televiziyasının məlumatına görə, raketin sınaqdan keçirilməsi qonşu ölkələrin təhlükəsizliyinə təsir etməyib.
Raketin buraxılışı Şimali Koreya lideri Kim Çen İn tərəfindən izlənilib.
P.Sultanova