BANM-də Respublika Futzal Turnirinə start verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-də Respublika Futzal Turnirinə start verilib – FOTO

09:51 - 29 / 11 / 2017
BANM-də Respublika Futzal Turnirinə start verilib – FOTO

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsini (ATİAHİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə BANM-in yeni kampusunda ölkənin ali məktəbləri arasında Futzal turnirinə start verilib. 

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, turnirin açılış mərasimində ATİAHİ-nin sədri, millət vəkili Səttar Möhbalıyev və BANM-in rektoru Elmar Qasımov iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov Futzal turnirinin bütün iştirakçılarını və azarkeşləri salamlayıb, onları BANM-in yeni kampusunda görməyə şad olduğunu bildirib və uğurlar diləyib. ATİAHİ-nin sədri Səttar Möhbalıyev də açılışda çıxış edərək iştirakçıları motivasiya edib, onlara yarışlarda bol şanslar diləyib.

Qeyd edək ki yarışlarda Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindən  18 ali məktəb iştirak edərək üç yarımqrupda mübarizə aparacaqlar. Hər yarımqrupda birinci və ikinci yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Final oyununda qalib gələn, eləcə də ikinci və üçüncü yeri tutan komandalar isə kubok, diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar. Bütün komandalara uğurlar arzu edirik!

S.Xankişiyeva

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər