Bakı Ali Neft Məktəbinin 6 illik uğur hekayəsi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbinin 6 illik uğur hekayəsi – FOTO

12:41 - 29 / 11 / 2017
Bakı Ali Neft Məktəbinin 6 illik uğur hekayəsi – FOTO

Düz 6 il bundan əvvəl, 29 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən 539 nömrəli Fərmana əsasən ölkəmizdə yeni, lakin tam fərqli ali təhsil ocağı yaradıldı.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində yaradılması nəzərdə tutulan bu ali məktəbin əsas vəzifəsi elə o zamandan bəlli idi – Azərbaycanın neft kapitalının insan kapitalına çevrilməsi. Budur, artıq bu il Bakı Ali Neft Məktəbi (BANM) öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini öz ilk məzunlarıyla sübut etdi.

2017-ci il Ali Məktəbin tarixində daha yaddaqalan oldu. Belə ki, may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu cənab Prezident İlham Əliyev tərəfindən açıldı. Cənab Prezident açılış zamanı Ali Məktəbin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışını qeyd edirik. Bu şəhərcik ən yüksək standartlara cavab verir. Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər ərzində Ali Məktəb Azərbaycanın təhsil məkanında artıq öz layiqli yerini tuta bilibdir. Bu gün Ali Məktəb yeni şəhərciyə, yeni binaya köçür. Burada oxumaq, biliklərə yiyələnmək üçün bütün şərait yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur. Bütün binalar çox gözəl, zövqlə tikilib, burada ən müasir laboratoriyalar fəaliyyət göstərir və bu  gün mənə təqdimat da edildi. Burada təhsilin səviyyəsi ən yüksək standartlara cavab verəcək ...”

Yeni kampusda ən müasir texnologiyalar və zəngin maddi-texniki bazaya malik olan laboratoriyalar artıq istifadəyə verilib. “Schneider Electric”, “ABB”, “Avandsis Group”, “Emerson process management” kimi şirkətlər özlərinin qiymətsiz labaratoriyalarını BANM-in yeni kampusuna hədiyyə ediblər.

Ali Məktəbin qısa tarixinə qısa  nəzər salarkən aydın olur ki, 2012-ci il fevral ayının 9-da Bakı Ali Neft Məktəbinin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə nazirliyində Dövlət qeydiyyatından keçib. Elə həmin il, Böyük Britaniyanın Edinburq şəhərində Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universteti arasında mütəxəssis hazırlığında əməkdaşlıq haqqında "Anlaşma Memorandumu" imzalanıb. 2012-ci ilin aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Elmar Qasımov Bakı Ali Neft Məktəbinin rektoru vəzifəsinə təyin edilib. May ayında isə  rektor Elmar Qasımov və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapmanla birgə mütəxəssis hazırlığının təşkilinin əsas prinsiplərini özündə əks etdirən müqavilə imzalayıblar.

Qeyd edək ki Ali Məktəbdə 2012/2013-cü tədris ilindən “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, 2013/2014-cü tədris ilindən isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. BANM həmçinin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə magistr hazırlayır. Növbəti ildə isə MBA proqramı və bakalavr pilləsi üzrə “İnformasiya Təhlükəsizliyi” ixtisasının tədrisi nəzərdə tutulur.

Bakı Ali Neft Məktəbində təhsil müddəti 5 ildir, tələbələrə 1-ci il ərzində intensiv şəkildə ingilis dili, informasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi tədris edilir, sonrakı 4 ildə isə onlar ingilis dilində müvafiq ixtisas təhsili alırlar.

2017-ci il iyul ayının 14-də isə Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə məzunların ilk buraxılışı oldu. Bu il Bakı Ali Neft Məktəbindən 102 nəfər məzun oldu. Məzunlar həm BANM-in, həm də Heriot Vatt Universitetinin diplomlarını alardıl. Bu gün BANM-in həmin məzunları BP, Schlumberger, Halliburton,  Maire Tecnimont (Kinetics Technology S.p.A), ALCO Lubricants Group,  Türkiyə Star və Petkim, SOCAR Baş ofis, Azneft İB, SOCAR Polymer, BNEZ, SOCAR Ümid MMC, Azərikimya kimi şirkətlərdə çalışırlar.

BANM beynəlxalq ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO14001 (Ekologiya idarəetmə sistemi), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və   ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarəedilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını alıb.

Son 6 il ərzində keçirilmiş qəbul kampaniyalarının nəticələrinə görə Bakı Ali Neft Məktəbinə qəbulda ümumi orta bal 663 olub. Bu göstəricilərə görə Bakı Ali Neft Məktəbi Respublika birincisidir. Ali Məktəbin bu 6 ili ərzində 101 nəfər Prezident təqaüdçüsü olub. Bu il Dövlət İmtahan Mərkəzi tərəfindən 1-ci qrup üzrə keçirilən imtahanların nəticələrinə əsasən 25 nəfər Prezident təqaüdünə layiq görülüb ki, onların 24-ü BANM-də təhsilə üstünlük verib. Eyni zamanda 1-ci qrup üzrə 7 nəfər yüksək nəticə göstərərək  700 bal toplayıb ki, onların hamısının seçimi məhz BANM olub.

BANM-in qısa tarixcəsinə baxmayaraq əldə etdiyi uğurları saymaqla bitirmək mümkün deyil. Bu gün 6 illik yaşı münasibətilə BANM-in rəhbərliyini, professor-müəllim kollektivini, tələbələrini və məzunlarını təbrik edirik.

BANM-in gələcək fəaliyyətinin yeni uğurlarını işıqlandırmaq arzusuyla...

S.Xankişiyeva

Paylaş:
1055

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər