Noyabrın son gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrın son gününə olan hava proqnozu açıqlanıb

12:50 - 29 / 11 / 2017
Noyabrın son gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 30-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-da bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər