Salyanın 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Salyanın 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

18:45 - 26 / 12 / 2017
Salyanın 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Salyan rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, layihə çərçivəsində rayonun 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Salyan rayonunun Quyçu kəndində açılış mərasimi keçirilib. Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhər mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə də içməli su layihələrinin  həyata keçirildiyini bildirib.

“Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev ötən il Salyan şəhərinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verildiyini xatırladaraq hazırda şəhər şəbəkəsinin yenidən qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, respublikanın 28 rayonunun 170 yaşayış məntəqəsində su layihələrinin icrası yekunlaşıb və növbəti illərdə də bu layihələr davam etdiriləcək.

Kəndlərə yeni mənbədən verilən suyun keyfiyyəti ilə sakinləri əyani tanış etmək məqsədilə “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının səyyar laboratoriyası tərəfindən analizlər aparılıb və nəticələr sakinlərə nümayiş etdirilib. Uzun illər suvarma kanallarından götürülən sudan istifadə edən kənd sakinləri keyfiyyətli su ilə təminata göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Salyan rayonunda icra olunan layihələr 5 kəndi - Qırxçıraq, Seyidsadıxlı, Quyçu, Alçalı və Qızılağac kəndlərini əhatə edir.  Sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə mənbə olaraq Şirvan-Muğan qrup su kəməri seçilib. Su kəmərindən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib və müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 11 km olan su xətləri çəkilib. Həmin kəndlərdə ümumi istifadə üçün 37 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Salyan rayonunun 5 kəndinin 5400 nəfər sakini faydalanıb.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində 271 min nəfər keyfiyyətli içməli su ilə təmin olunub.

1news.az

Paylaş:
629

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər