Bakıda “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub

23:00 - 26 / 12 / 2017
Bakıda “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yük daşımalarının təşkili və tranzit potensialının inkişafına dair İşçi Qrupun iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus və İran dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər.

İşçi Qrupun iclasında qarşılıqlı yük axınlarının bərabərləşdirilməsi üçün Azərbaycan üzərindən İran-Rusiya istiqamətindəki perspektiv yük axınları haqqında İran tərəfinin məlumat və statistikası; Körfəz və Hindistandan İran, Azərbaycan, Rusiya və Belarus ərazilərini keçməklə Avropa ölkələrinə (və əks istiqamətdə) yük daşımaları üçün yük bazasının müəyyənləşdirilməsi məqsədilə Hindistandan ekspeditorlar, operatorlar, yük göndərənlər/alanlar ilə 2018-ci ilin yanvar ayında görüşün təşkili məsələsinin nəzərdən keçirilməsi; “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan, Rusiya, Belarus və İranın logistik şirkətləri arasında qarşılıqlı əlaqələr haqqında Azərbaycan tərəfinin məlumatı; Konteyner (blok) qatarlarının Astara (İran) – Moskva və əks istiqamətdə mütəmadi şəkildə işə salınması üçün hərəkət cədvəlinin müzakirəsi və təsdiqlənməsi məsələləri müzakirə edilib.

Həmçinin İran ərazisi ilə yüklü və boş vaqon, eyni zamanda, konteynerlərin keçidinə dair İran tərəfinin hesabatı; İran tərəfindən refrijerator konteynerlərinin daşınması üçün texnologiya və tariflərin müzakirəsi və Astara (İran) – Astara (Azərbaycan) yeni dəmir yolu xəttinin açılmasına dair Azərbaycan tərəfinin məlumatı müzakirə edilən məsələlər sırasında olub.

Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.

1news.az

Paylaş:
609

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər