2018-ci ildən WhatsApp bəzi telefonlarda işləməyəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

2018-ci ildən WhatsApp bəzi telefonlarda işləməyəcək

14:15 - 27 / 12 / 2017
2018-ci ildən WhatsApp bəzi telefonlarda işləməyəcək

WhatsApp messenceri 2018-ci ildən bəzi əməliyyat sistemlərini dəstəkləməmək barədə qərar qəbul edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə International Business Times nəşri xəbər verib.

Məlumatda həmçinin deyilir ki, yanvarın 1-dən başlayaraq WhatsApp “Windows 8.0” və ondan da əvvəlki əməliyyat sisteminə malik smartfonlarda, eləcə də “BlackBerry OS” və yaxud BlackBerry 10 markalı mobil telefonlarda işləməyəcək.

Bundan başqa, gələn ildən WhatsApp “Nokia S40”, 2020-ci ildən isə “Android 2.3.7” bazasında işləyən smartfonlara xidməti dayandırmağı planlaşdırır.

S.Xankişiyeva

 

Paylaş:
1561

Son xəbərlər

Bütün xəbərlər